...

"Azərsu"nun qanunsuz silah gəzdirməkdə təqsirləndirilən işçisinə bəraət verildi

Hadisə Materials 6 Dekabr 2016 12:50 (UTC +04:00)
Bu gün Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən Mətləb Mustafayev barəsində Bakı Apellyasiya Məhkəməsinin qərarından verilmiş kasassiya şikayətinə baxılıb.
"Azərsu"nun qanunsuz silah gəzdirməkdə təqsirləndirilən işçisinə bəraət verildi

Bakı. Samir Əli - Trend:

Bu gün Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində qanunsuz silah saxlamaqda təqsirləndirilərək həbs edilən Mətləb Mustafayev barəsində Bakı Apelyasiya Məhkəməsinin qərarından verilmiş kasassiya şikayətinə baxılıb.

Bu barədə Trend-ə M.Mustafayevin vəkili Adəm Məmmədov məlumat verib. Vəkil bildirib ki, hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə kasassiya şikayəti araşdırılaraq təmin edilib. Məhkəmənin qərarı ilə Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib və M.Mustafayevə bəraət verilib.

M.Mustafayev Cinayət Məcəlləsinin 228.1-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində təqsirli bilinərək, Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.

Hökmdən narazı qalan müdafiə tərəfi apelyasiya şikayəti versə də, Bakı Apelyasiya Məhkəməsi Nəsimi rayon Məhkəməsinin 24 aprel 2015-ci il tarixli hökmünü qüvvədə saxlamışdı. Qərardan narazı qalan qarşı tərəf kasassiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.

M.Mustafayev "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti