...

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Hadisə Materials 6 Dekabr 2016 14:29 (UTC +04:00)
İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb.
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı

Bakı. Trend:

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.

Öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində “Metadone” adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti