...

Polis 15 minə yaxın partlayıcı oyuncaq müsadirə edib

Hadisə Materials 7 Dekabr 2016 11:25 (UTC +04:00)
Səyyar ticarətlə məşğul olan şəxslərdən yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar götürülüb.
Polis 15 minə yaxın partlayıcı oyuncaq müsadirə edib

Bakı. Trend:

Səyyar ticarətlə məşğul olan şəxslərdən yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaqlar götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşları tərəfindən Qaradağ rayonu ərazisindəki ticarət mərkəzlərindən birində səyyar ticarətlə məşğul olan Ramid Mirzəyevdən və İlqar Şirinovdan ümumilikdə 14 800 ədəd yüksək səsyayıcı qabiliyyətə malik olan partlayıcı oyuncaqlar və pirotexniki məmulatlar götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti