...

Bakıda 3 otaqlı mənzil, Balakəndə 2 otaqlı ev yanıb

Hadisə Materials 8 Dekabr 2016 04:18 (UTC +04:00)
Bakıda və Balakəndə yanğın qeydə alınıb
Bakıda 3 otaqlı mənzil, Balakəndə 2 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda və Balakəndə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus ümumi sahəsi 82 m² olan 3 otaqlı mənzilin otağın tavanı 6 m² sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər yanğın hadisəsi isə, Balakən rayonunun Qazma kəndində qeydə alınıb. Vətəndaşa məxsus ümumi sahəsi 32 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağının tavanı 12 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti