...

DİN "Qarabağ"ın qapıçısının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

Hadisə Materials 8 Dekabr 2016 12:05 (UTC +04:00)
Daxili İşlər Nazirliyi "Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.
DİN "Qarabağ"ın qapıçısının törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi (DİN) "Qarabağ" futbol klubunun qapıçısı Emil Balayevin törətdiyi yol qəzası ilə bağlı məlumat yayıb.

Nazirlikdən Trend-ə verilən məlumata görə, dekabrın 7-də saat 16 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsində Bakı şəhər sakinləri Emil Babayevin idarə etdiyi "BMW" və Əbdülbağı Bağırovun idarə etdiyi "Mercedes" markalı avtomobillər toqquşub.

"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"

"Qarabağ"ın yeni transferi: "Etimadı doğrultmağa çalışacağam"

Nəticədə Ə.Bağırov və sərnişinləri, arvadı Günel və oğlu Xalid xəstəxanaya yerləşdiriliblər. Xalid orada ölüb, digərlərinə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Suraxanı rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti