...

Ağac hərəkətdə olan avtomobilin üstünə aşdı (FOTO)

Hadisə Materials 9 Dekabr 2016 01:01 (UTC +04:00)
Ağstafada ağac avtomobilin üstünə aşıb
Ağac hərəkətdə olan avtomobilin üstünə aşdı (FOTO)

Bakı. Trend:

Ağstafada ağac avtomobilin üstünə aşıb.

Trend "ARB Kəpəz"ə istinadən xəbər verir ki, hadisə rayonun Vurğun qəsəbəsi ərazisində olub.

Ağstafa rayon sakini Kamil Məhərrəmov idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi ilə Köçəsgər kəndi istiqamətində hərəkətdə olarkən qəfil qırılan ağac avtomobilin üzərinə düşüb. Hadisə zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti