Bakı. Samir Əli - Trend:
Dekabrın 8-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 8 yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində ölən və xəsarət alan olmayıb:
"Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Xəsarət alan olmayıb".