...

Bakıda dənizdən meyit tapıldı

Hadisə Materials 9 Dekabr 2016 17:32 (UTC +04:00)
Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb.
Bakıda dənizdən meyit tapıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda 40-45 yaşlı naməlum kişi meyiti aşkarlanıb.

Bu barədə Trend-ə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev məlumat verib. Məlumatda deyilir ki, meyit paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsində dənizdə tapılıb və Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sabunçu rayon şöbəsinə təhvil verilib. Meyit bir müddət suda qaldığından üzü tanınmaz hala düşüb.

Onun üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti