...

Sabunçuda ev yanıb

Hadisə Materials 10 Dekabr 2016 15:01 (UTC +04:00)
Sabunçu rayonunda ümumi sahəsi 160 m2 olan birmərtəbəli evdə yanğın baş verib.
Sabunçuda ev yanıb

Bakı. Trend:

Sabunçu rayonunda ümumi sahəsi 160 m2 olan birmərtəbəli evdə yanğın baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 2 otaqlı evin dam örtüyü 50 m2 sahədə və mətbəxdə olan stol-stul yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti