...

Ərdoğan: Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük

Hadisə Materials 11 Dekabr 2016 03:44 (UTC +04:00)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın öldürülməsi olduğunu bildirib
Ərdoğan: Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük

Bakı. Trend:

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı terror aktlarının məqsədinin xeyli sayda insanın öldürülməsi olduğunu bildirib.

Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə prezidenti İstanbulda baş verən terror aktlarıyla əlaqədar bəyanatında bildirib:

"Bu gecə biz növbəti dəfə terrorun alçaq üzünü gördük. Aydındır ki, “Beşiktaş”-“Bursaspor” oyunundan sonra törədilən terror aktlarının məqsədi xeyli sayda insanın öldürülməsi olub. Təəssüflər olsun ki, ölən və yaralananlar var”, - bəyanatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti