...

Seyfindən 429 min manatı oğurlanan prorektor məhkəmədə ifadə verdi

Hadisə Materials 13 Dekabr 2016 15:22 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Seyfindən 429 min manatı oğurlanan prorektor məhkəmədə ifadə verdi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ifadə verən zərərçəkmiş, Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyev 219 min 900 dollar məbləğində pulun seyfdə olmasından təqsirləndirilən Vüqar Vəliyevin xəbərdar olduğunu deyib: "Seyfdə həmin dollarlardan başqa manatla da pulum olub. Buna şahidim də var".

Təqsirləndirilən Sübhan Ələkbərov seyfi səhv saldıqlarını deyib. Bildirib ki, onlar seyfdə pul olduğunu bilməyib.

Hazırda proses davam etdirilir.

İttihama görə, təqsirləndirilən şəxslər Nərimanov rayonu ərazisində yerləşən Odlar Yurdu Universitetinin birinci prorektoru Munir Vəliyevin xidməti otağından oğurluq ediblər. Onlar M.Vəliyevin universitetdəki xidməti otağında olan seyfi aparıblar. Oğrular 429 min 172 manat məbləğində pulu ələ keçiriblər. M.Seyidov və V.Vəliyev ittiham üzrə özlərini təqsirli biliblər. Digər təqsirləndirilən şəxslər isə özlərini təqsirli bilmədiklərini deyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti