...

Fırıldaqçı şirkətin qadın əməkdaşları məhkəmə zalında həbs edildi

Hadisə Materials 13 Dekabr 2016 16:38 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Fırıldaqçı şirkətin qadın əməkdaşları məhkəmə zalında həbs edildi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Xalidə Xalıqova və Elnarə Həsənovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 8 il müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunublar.

İttihama görə, "Questnet LTD" şirkətinin əməkdaşları olan X.Xalıqova və E.Həsənova 15-ə yaxın vətəndaşın ümumilikdə 65 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib. Hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılan qadınlar barəsində polisin nəzarəti altına vermə tədbiri seçilməyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti