...

Bakıda qətlə yetirilən 21 yaşlı oğlanın kimliyi bilindi - TƏFƏRRÜATLAR

Hadisə Materials 14 Dekabr 2016 17:07 (UTC +04:00)
Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının qarşısında qətlə yetirilən şəxsin kimliyi məlum olub.
Bakıda qətlə yetirilən 21 yaşlı oğlanın kimliyi bilindi - TƏFƏRRÜATLAR

Bakı. Samir Əli - Trend:

Bakının Nəsimi rayonu, "Memar Əcəmi" metrostansiyasının qarşısında qətlə yetirilən şəxsin kimliyi məlum olub. Trend-in hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 1995-ci il təvəllüdlü Muxtarov Ələkbər Vahid oğludur.

Qətl hadisəsi isə Ə.Muxtarovun "facebook" sosial şəbəkəsində qızla tanışlığına görə baş verib. Belə ki, Ə.Muxtarov sosial şəbəkədə qızla tanış olub və onunla "Memar Əcəmi" stansiyasının qarşısında görüş təyin edib. Bu gün saat 14:50 radələrində stansiyanın qarşısına gələn Ə.Muxtarov qızın verdiyi telefon nömrəsinə zəng vurub. Həmin vaxt isə nömrəyə oğlan cavab verib və görüş yerində qarşılaşıblar. Qızın əvəzinə gələn oğlan Ə.Muxtarova ürək nahiyəsindən bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb. Ə.Muxtarov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb. Hazırda qətli törədən şəxsin saxlanılması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə bu gün saat 15.00 radələrində paytaxtın Nəsimi rayonunda, metronun "Memar Əcəmi" stansiyasının qarşısında qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti