...

"Zaminbank"ın filial müdirini öldürənlərin şikayəti rədd edildi

Hadisə Materials 14 Dekabr 2016 17:32 (UTC +04:00)
Bakı Apellyasiya Məhkəməsində Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib. T
"Zaminbank"ın filial müdirini öldürənlərin şikayəti rədd edildi

Bakı. Samir Əli - Trend:

Bakı Apellyasiya Məhkəməsində "Zaminbank"ın filial müdiri Azər Məmmədovun qətlində təqsirləndirilən Sənan Quliyev və Mövlud Səfərov barəsində hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Trend-in məlumatına görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.

İttihama görə, keçən il aprel ayının 21-də "Avropa" hotelinin nəzdində yerləşən idman zalında "Zaminbank"ın Nəsimi filialının müdiri Azər Məmmədova ürək nahiyəsindən, hotelin idman zalının qarışıq döyüş növləri üzrə məşqçisi Ruslan Əfəndiyevə isə döş qəfəsindən bıçaqla xəsarət yetirilib. A.Məmmədov hadisə yerində ölüb, R.Əfəndiyev isə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən Sənan Quliyev və onun dostu Mövlud Səfərov tutulub.

Sənan Quliyev və Mövlud Səfərovun hər birinə qarşı Cinayət Məcəlləsinin 8 maddəsi ilə cinayət işi başlanıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Quliyev ömürlük, M.Səfərov isə 20 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmlə razılaşmayan müdafiə tərəfi apellyasiya şikayəti verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti