...

Bakıda uçqunda xəsarət alan "Azəriqaz" əməkdaşı evə buraxıldı

Hadisə Materials 16 Dekabr 2016 09:37 (UTC +04:00)
Dekabrın 9-da Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində baş verən uçqun nəticəsində xəsarət alan "Azəriqaz" İstehsalat Birliyinin 3 əməkdaşından biri evə buraxılıb.
Bakıda uçqunda xəsarət alan "Azəriqaz" əməkdaşı evə buraxıldı

Bakı. Samir Əli - Trend:

Dekabrın 9-da Bakının Sabunçu rayonu, Bəşir Bünyadov küçəsində baş verən uçqun nəticəsində xəsarət alan "Azəriqaz" İstehsalat Birliyinin 3 əməkdaşından biri evə buraxılıb.

Bu barədə Trend-ə Mərkəzi Neftçilər Xəstəxanasının baş direktorunun müavini Nadir Mehtiyev məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində bədənin çoxsaylı əziyi ilə xəstəxanaya daxil olan Natiq Mustafayevin səhhəti normallaşdığından ambulator mualicəyə buraxılıb. Hadisə nəticəsində ağır kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən Hücaət Hüseynovun isə hələ də reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Baş direktorun müaini bildirib ki, hadisə nəticəsində xəsarət alan "Azəriqaz" əməkdaşı Ədalət Əliyevin də müalicəsi davam etdirilir.

Qeyd edək ki, dekabrın 9-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Bəşir Bünyadov küçəsində küləyin gücündən yol kənarındakı hasar uçmuşdu. Ərazidə xidmət aparan “Azəriqaz” İB-nin 3 əməkdaşı - Ə.Əliyev ayağın əziyi və sınığı, N.Mustafayev bədənin çoxsaylı əziyi, H.Hüseynov isə qapalı kəllə-beyin travması ilə Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilmişdilər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti