...

Dünən Bakıda 13 yol qəzası olub - 7 nəfər xəsarət alıb

Hadisə Materials 16 Dekabr 2016 10:35 (UTC +04:00)
Dekabrın 15-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.
Dünən Bakıda 13 yol qəzası olub  - 7 nəfər xəsarət alıb

Bakı. Samir Əli - Trend:

Dekabrın 15-də şaxtalı və qarlı həva şəraiti ilə əlaqədar Bakıda 13 yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Trend-ə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, yol-nəqliyyat hadisələri nəticəsində 7 nəfər xəsarət alıb:

"Hadisələr nəticəsində avtomobillərə ziyan dəyib. Qəzalar sürücülərin yol və meteoroloji şəraiti nəzərə almadığına görə baş verib. Qəzalarda ölən olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti