...

Gəncədə iki “VAZ” toqquşdu: yaralanan var

Hadisə Materials 16 Dekabr 2016 21:55 (UTC +04:00)
Gəncədə yol qəzası baş verib
Gəncədə iki “VAZ” toqquşdu: yaralanan var

Bakı. Trend:

Gəncədə yol qəzası baş verib.

Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, Gəncə şəhər Nizami prospektində yol-nəqliyyat hadisəsi baş verib. Şəmkirdən Gəncə istiqamətinə hərəkət edən, 51 yaşlı Ramiz Əbdürəhmanovun idarə etdiyi “VAZ 21 099” markalı avtomobillə 22 yaşlı Röyal Məmmədlinin sükanı arxasında olduğu “VAZ 21 07” toqquşub. Röyal Məmmədli yüngül xəsarət alıb.

İlkin ehtimala görə, qəzaya “VAZ 21 099”un dönmə əməliyyatını düzgün yerinə yetirməməsi səbəb olub. Fakt araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti