...

Gəncədə zəncirvari qəza: 3 maşın toqquşdu

Hadisə Materials 16 Dekabr 2016 23:57 (UTC +04:00)
Gəncədə 3 avtomobil toqquşub
Gəncədə zəncirvari qəza: 3 maşın toqquşdu

Bakı. Trend:

Gəncədə 3 avtomobil toqquşub.

Trend "ARB Kəpəz"-ə istinadən xəbər verir ki, Bakı-Qazax magistralının 1-ci kilometrliyində, Gəncə şəhəri ərazisində üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Samux rayonunun Zazalı kəndi istiqamətindən magistrala çıxan "Renault" markalı avtomobil digər nəqliyyat vasitələrinin hərəkətini gözləmədiyindən, zəncirvari qəzaya səbəb olub.

Belə ki, "Renault" Gəncə istiqamətində hərəkətdə olan "Mercedes E-Class" markalı avtomobilə çırpılıb.

Zərbənin təsirindən "Mercedes" yoldan çıxıb və Bakı istiqamətində hərəkətdə olan digər "Mercedes C-Class" markalı avtomobilə çırpılıb. Hadisə zamanı xəsarət alan olmasa da, avtomobillərə ciddi ziyan dəyib. Yolun Bakı istiqamətində olan hərəkət hissəsi qismən bağlanıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti