...

İordaniyada polis bölməsinə və turist avtobusuna hücum edilib: 10 ölü (YENİLƏNİB)

Hadisə Materials 19 Dekabr 2016 01:27 (UTC +04:00)
İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis bölməsinə və turist avtobusuna hücum edib
İordaniyada polis bölməsinə və turist avtobusuna hücum edilib: 10 ölü (YENİLƏNİB)

Bakı. Trend:

İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı tərəfindən polis bölməsinə və turist avtobusuna edilən hücum nəticəsində ölənlərin sayı artıb.

Trend-in RİA Novosti-ya istinadən verdiyi məlumata görə, ölənlərin sayı 10 nəfərə çatıb. Həlak olanlar arasında 7-si polisdir.

X X X

18:19

İordaniyanın Əl-Karak şəhərində bir qrup silahlı polis bölməsinə və turist avtobusuna hücum edib.

Trend-in "France Press" agentliyinə istinadən verdiyi məlumata görə, hücum nəticəsində 4 polis və 1 turist həlak olub, 9 nəfər isə xəsarət alıb.

Hadisə yerinə antiterror qüvvələri cəlb olunub. Onlar silahlıların gizləndiyi binaya girməyə hazırlaşırlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti