...

Gürcüstandan pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Hadisə Materials 19 Dekabr 2016 15:31 (UTC +04:00)
Gürcüstandan Azərbaycana külli miqdarda pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb.
Gürcüstandan pirotexniki vasitələrin gətirilməsinin qarşısı alınıb

Bakı. Samir Əli - Trend:

Gürcüstandan Azərbaycana külli miqdarda pirotexniki vasitələrin keçirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə “Sınıq Körpü” gömrük postunda baxış keçirilib.

Gömrük baxışı zamanı, avtomobilin gizli saxlanc yerlərində 506 ədəd pirotexniki vasitə aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti