...

Paytaxtda və Şəkidə ev yanıb

Hadisə Materials 19 Dekabr 2016 18:48 (UTC +04:00)
Binəqədi rayonunda ümumi sahəsi 120 km² olan birmərtəbəli 3 otaqlı evin 2 otağı 100 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan talvar yanıb.
Paytaxtda və Şəkidə ev yanıb

Bakı. Trend:

Binəqədi rayonunda ümumi sahəsi 120 km² olan birmərtəbəli 3 otaqlı evin 2 otağı 100 m² sahədə və evə bitişik ümumi sahəsi 30 m² olan talvar yanıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:49-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şəkidə də ümumi sahəsi 117 m² olan ikimərtəbəli evdə yanğın baş verib.

7 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və 1-ci mərtəbədə mətbəx 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti