...

Ölkəyə qaçaqmalçılıq yolu ilə mobil telefon gətirilməsinin qarşısı alınıb (FOTO)

Hadisə Materials 20 Dekabr 2016 10:48 (UTC +04:00)
522 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.
Ölkəyə qaçaqmalçılıq yolu ilə mobil telefon gətirilməsinin qarşısı alınıb (FOTO)

Bakı. Trend:

522 ədəd mobil telefonun qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında “Sadıxlı” gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşı qanunvericiliyə uyğun olaraq idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və ya gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetlərin olub-olmadığı barədə şifahi sorğu-sual edilib.

Həmin şəxs gömrükçüləri yanıltmağa çalışsa da, avtomobilə keçirilən gömrük baxışı gömrük əməkdaşlarının şübhələrini təsdiqləyib. Belə ki, avtomobilin salonunda, yanacaq çəninin içərisində xüsusi düzəldilən saxlanc yerlərindən və arxa oturacağının altından 314 ədəd ZHT, 110 ədəd Nokia, 23 ədəd H-mobile və 75 ədəd Duos markalı telefonlar, 250 ədəd adapter,140 ədəd qulaqcıq, 240 ədəd batareya aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti