...

Bakıda ölümlə nəticələnən ağır yol qəzası

Hadisə Materials 21 Dekabr 2016 11:34 (UTC +04:00)
Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı avtomobilə vurub.
Bakıda ölümlə nəticələnən ağır yol qəzası

Bakı. Trend:

Bu gün Binəqədi rayonunun Xocəsən qəsəbəsində Saatlı rayon sakini Famil Cahangirov idarə etdiyi "QAZ-24" markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Anar Kərimova məxsus "KamAz" markalı avtomobilə vurub.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, hadisə nəticəsində F.Cahangirovun sərnişini - qızı Güllübəyim hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti