...

Çoxlu sayda pirotexnik məmulatlar satışdan çıxarılıb (FOTO)

Hadisə Materials 26 Dekabr 2016 18:54 (UTC +04:00)
2836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunub
Çoxlu sayda pirotexnik məmulatlar satışdan çıxarılıb (FOTO)

Bakı. Trend:

Dövlət Gömrük Komitəsi Gömrük Sahəsində Hüquqpozmalara qarşı Mübarizə Baş İdarəsi və Yevlax Gömrük İdarəsinin gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən birgə əməliyyat həyata keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, Mingəçevir şəhəri ərazisində gömrük qaydaları pozulmaqla gətirilmiş pirotexniki vasitələrin satışıyla məşğul olan Azərbaycan vətəndaşından 2836 ədəd müxtəlif formalı pirotexnik məmulatlar aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti