...

Gömrükçülər 3 mindən artıq "partladan" müsadirə edib (FOTO)

Hadisə Materials 28 Dekabr 2016 11:55 (UTC +04:00)
Gömrükdə 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.
Gömrükçülər 3 mindən artıq "partladan" müsadirə edib (FOTO)

Bakı. Trend:

Gömrükdə 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilir ki, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına Gürcüstanistiqamətindən daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi avtomobilə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobildən gömrük nəzarətindən gizlədilən 3424 ədəd pirotexniki vasitələr aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti