...

Silah gəzdirmə və narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

Hadisə Materials 29 Dekabr 2016 16:08 (UTC +04:00)
Bakıda qanunsuz silah gəzdirmə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən şəxs azadlığa buraxılıb.
Silah gəzdirmə və narkotik saxlamaqda təqsirləndirilən şəxsə bəraət verildi

Bakı. Samir Əli - Trend:

Bakıda qanunsuz silah gəzdirmə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən şəxs azadlığa buraxılıb. Bu barədə Trend-ə açıqlamasında vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, bu gün Nəsimi rayon Məhkəməsində qanunsuz silah gəzdirmə və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək həbs edilən bakı şəhər sakini Cəfər Ağayevin işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Ağayevin təqsiri sübuta yetirilməyib və onun barəsində bəraət hökmü çıxarılaaraq azadlığa buraxılıb.

Xatırladaq ki, C. Ağayev bu il aprel ayında Nəsimi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 234.1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddələrində təqsirləndirilərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti