...

Lənkəranda 3 il 7 ay əvvəl evi qarət edib sahibəsini öldürənlər saxlanılıb

Hadisə Materials 31 Dekabr 2016 13:39 (UTC +04:00)
Lənkəranda 3 il 7 ay əvvəl evi qarət edib sahibəsini öldürənlər saxlanılıb.
Lənkəranda 3 il 7 ay əvvəl evi qarət edib sahibəsini öldürənlər saxlanılıb

Bakı. Trend:

Lənkəranda 3 il 7 ay əvvəl evi qarət edib sahibəsini öldürənlər saxlanılıb

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, 2013-cü il mayın 15-də Lənkəran rayonunun Şürük kəndində yaşayan Zəngilan rayon sakini Fəxriyyə Hüseynovanın evində sobanın üstündə yanmış meyiti tapılmışdı. Daxil olmuş məlumat əsasında Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri ilə qeyd edilən tarixdə F.Hüseynovanın evinə qarət məqsədilə gəlmiş qonşuları Elgün Həşimov, Yaqut Əliyeva və Xanım Həsənovanın onu elektrik sobasının üstünə itələyib yıxaraq oradan 9100 manat pul və qızıl əşyalar aparmaları müəyyən edilib.

Həyata keçirilmiş tədbirlərlə E.Həşimov, Y.Əliyeva və X.Həsənova saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti