...

Küveyt vətəndaşının çantasını oğurlamış Bakı sakini tutulub

Hadisə Materials 31 Dekabr 2016 14:03 (UTC +04:00)
Küveyt vətəndaşının çantasını oğurlamış Bakı sakini tutulub.
Küveyt vətəndaşının çantasını oğurlamış Bakı sakini tutulub

Bakı. Trend:

Küveyt vətəndaşının çantasını oğurlamış Bakı sakini tutulub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsi əməkdaşları tərəfindən dekabrın 28-də Küveyt vətəndaşı Abdullah Alhubaidahın Nobel prospekti ərazisində itirdiyi, içərisində 9645 manat, 500 ABŞ dolları, sənəd, 6 ədəd bankomat kartı, qələm və diplomatik vəsiqəsi olan çantanın Bakı şəhər sakini Əkbər Nəbiyev tərəfindən oğurlanması müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Nəbiyev tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti