...

Binəqədidə 4 otaqlı ev yanıb

Hadisə Materials 1 Yanvar 2017 21:42 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Binəqədidə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 80 m2 olan birmərtəbəli, 4 otaqlı evin mətbəxində taxta və lambirdən ibarət tavan 9 m2 sahədə və əşyalar 2 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 16:11-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti