...

Şabranda "Prado" ağaca çırpılıb

Hadisə Materials 3 Yanvar 2017 19:05 (UTC +04:00)
Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb.
Şabranda "Prado" ağaca çırpılıb

Bakı. Trend:

Bakı-Quba yolunda avtomobil ağaca çırpılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 129-cu km-də, Şabran rayonu ərazisində “Prado” markalı minik avtomobilinin idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 16:13-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti