...

Bayram günlərində 22 mindən artıq sürücü məsuliyyətə cəlb olunub

Hadisə Materials 5 Yanvar 2017 11:03 (UTC +04:00)
Bayram günlərində yol polisi tərəfindən respublika yollarında keçirilən reydlər nəticəsində 22 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub.
Bayram günlərində 22 mindən artıq sürücü məsuliyyətə cəlb olunub

Bakı. Elçin Mehdiyev - Trend:

Bayram günlərində yol polisi tərəfindən respublika yollarında keçirilən reydlər nəticəsində 22 mindən artıq sürücü inzibati məsuliyyətə cəlb olunub. Bunu Trend-ə Daxili İşlər Nazirliyi Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, müəyyən edilmiş inzibati xətaların 11 mindən çoxu sürət həddinin aşılması ilə bağlı olub. K.Əliyev vurğulayıb ki, həmçinin reydlər zamanı 244 sərxoş sürücü aşkarlanıb.

Yol polisindən bayram XƏBƏRDARLIĞI

Yol polisindən bayram XƏBƏRDARLIĞI

Şöbə rəisi bildirib ki, inzibati xətalarla bağlı protokolların təxminən 60 faizi elektron qaydada tərtib olunub, digərləri isə yol polisi əməkdaşları tərəfindən vizual aşkarlanıb və sənədləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti