...

Şəmkirdə ağır yol qəzası - 10 yaralı

Hadisə Materials 5 Yanvar 2017 12:14 (UTC +04:00)
Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Şəmkirdə ağır yol qəzası - 10 yaralı

Bakı. Trend:

Şəmkir rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də saat 15 radələrində Şəmkir rayonunun Seyfəli kəndində kənd sakinləri Ruslan İbrahimovun idarə etdiyi "Opel" və Nurəddin Nağıyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub.

Hadisənin baş verməsi nəticəsində hər iki avtomobilin sürücüsü və "Opel" markalı avtomobildə olan 8 sərnişin xəstəxanaya yerləşdiriliblər, onlardan 4-nə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Şəmkir RPŞ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti