...

Kirayədə yaşadığı evdə qohumunu qətlə yetirdi

Hadisə Materials 5 Yanvar 2017 12:16 (UTC +04:00)
Bakıda qətl hadisəsi baş verib.
Kirayədə yaşadığı evdə qohumunu qətlə yetirdi

Bakı. Trend:

Bakıda qətl hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Naxçıvan şəhər sakini Təhmasib Fərəcov Xətai rayonu ərazisində kirayədə yaşadığı evdə münaqişə zəminində qohumu - Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rövşən Cəfərova bıçaqla xəsarət yetirib. R.Cəfərov hadisə yerində ölüb.

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Fərəcov tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti