...

Birləşmiş Ərəb Əmirliyi vətəndaşları oteldə qarət edilib

Hadisə Materials 6 Yanvar 2017 11:56 (UTC +04:00)
Bakıda Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları qarət edilib.
Birləşmiş Ərəb Əmirliyi vətəndaşları oteldə qarət edilib

Bakı. Trend:

Bakıda Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları qarət edilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 4-də Səbail rayonunun Neftçilər prospektindəki otellərdən birində Birləşmiş Ərəb Əmirliyi vətəndaşları Abdullah İbrahim Əlzaidin yaşadığı otaqdan geyim əşyaları və Muhammed Muammar Abdullahın yaşadığı otaqdan 1500 avro dəyərində brilyant qaşlı boyunbağı oğurlanıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Aylana Hacıyeva tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti