...

Cəlilabadda iki qardaş bıçaqlandı

Hadisə Materials 6 Yanvar 2017 11:57 (UTC +04:00)
Cəlilabad rayonunda iki qardaş bıçaqlanıb.
Cəlilabadda iki qardaş bıçaqlandı

Bakı. Trend:

Cəlilabad rayonunda iki qardaş bıçaqlanıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 5-də Cəlilabad rayonunun Eçara kəndində kənd sakini Elşad Nəsirov münaqişə zəminində hənkəndliləri Rasim Rəfiyevə və onun qardaşı Səyyara bıçaqla xəsarət yetirib və hadisə yerini tərk edib.

Cəlilabad RPŞ tərəfindən hadisə ilə bağlı əməliyyat-axtarış tədbirləri aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti