...

Bakı sakininin evdə meyiti tapıldı

Hadisə Materials 6 Yanvar 2017 18:41 (UTC +04:00)
78 yaşlı Bakı sakininin evdə meyiti tapıldı
Bakı sakininin evdə meyiti tapıldı

Bakı. Trend:

78 yaşlı Bakı sakininin evdə meyiti tapılıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1938-ci il təvəllüdlü Qrintinkov Vladeslav Vasileviçin meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 17:42-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti