...

Sabunçuda yol qəzası

Hadisə Materials 7 Yanvar 2017 21:57 (UTC +04:00)
Bakıda yol qəzası baş verib
Sabunçuda yol qəzası

Bakı. Trend:

Bakıda yol qəzası baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Sabunçu rayonu ərazisində “Mercedes”, “Qaz” və iki “Vaz” markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.

Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq “Vaz” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1972-ci il təvəllüdlü Elxan İlqar oğlu İbrahimovun cəsədini çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:49-da başa çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti