...

Cəlilabadda 3 otaqlı ev yanıb

Hadisə Materials 9 Yanvar 2017 05:25 (UTC +04:00)
Cəlilabad rayonunda yanğın qeydə alınıb.
Cəlilabadda 3 otaqlı ev yanıb

Bakı. Trend:

Cəlilabad rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, vətəndaşa məxsus ümumi sahəsi 128 m² olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət yaşayış evinin yanar konstruksiyaları və dam örtüyü yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 02:05-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti