...

Bakıda 5 maşın toqquşdu - 1 ölü, 4 yaralı

Hadisə Materials 9 Yanvar 2017 11:13 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.
Bakıda 5 maşın toqquşdu - 1 ölü, 4 yaralı

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 7-də saat 18 radələrində Sabunçu qəsəbəsində Gədəbəy rayon sakini İlqar İbrahimovun, Lerik rayon sakini Ramil Xanışovun, Bakı şəhər sakini Hüseyn Şəbiyevin idarə etdikləri "VAZ", Şamaxı rayon sakini Azər Şirəliyevin idarə etdiyi "Mercedes" və Bakı şəhər sakini Füzuli Zeynalovun idarə etdiyi "Chevrolet" markalı avtomobillər toqquşub.

Qəzada İ.İbrahimov hadisə yerində ölüb, R.Xanışov və 3 sərnişin isə xəstəxanaya yerləşdiriliblər.

Sabunçu RPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti