...

DGK: Əl yükündə metadon aşkar edildi

Hadisə Materials 10 Yanvar 2017 10:43 (UTC +04:00)
Gömrükdə əl yükündə metadon adlı dərman preparatı aşkar edilib.
DGK: Əl yükündə metadon aşkar edildi

Bakı. Trend:

Gömrükdə əl yükündə metadon adlı dərman preparatı aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, Astara Gömrük İdarəsində İrandan ölkəmizə gələn Azərbaycan vətəndaşının əl yükləri rentgen aparatından keçirilərkən monitorda şübhəli cizgilər müşahidə edilib. Gömrük əməkdaşı tərəfindən saxlanılan həmin şəxsin əl yükünə təkrar baxış zamanı içərisində dərman preparatları olan sellofan torbada, istehsal qablaşması pozulmuş vəziyyətdə 115 ədəd həb şəklində metadon aşkar olunub.

Xatırladaq ki, metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və 115 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 4,6 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti