...

Maşallah Əhmədova hökm oxunacaq vaxt açıqlandı

Hadisə Materials 10 Yanvar 2017 10:57 (UTC +04:00)
Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.
Maşallah Əhmədova hökm oxunacaq vaxt açıqlandı

Bakı. Samir Əli - Trend:

Dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun işi üzrə növbəti məhkəmə prosesinin vaxtı müəyyənləşib.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində iş üzrə məhkəmə prosesi yanvarın 13-nə təyin edilib. Həmin gün məhkəmənin M.Əhmədova hökm oxuyacağı gözlənilir.

Xatırladaq ki, ötən il dekabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsində M.Əhmədov barəsindəki cinayət işi üzrə keçirilən məhkəmə prosesinə qatılmayıb. Bakıdakı özəl klinikalardan birindən məhkəməyə daxil olan arayışda göstərilib ki, M.Əhmədov səhhətindəki ciddi problemlərlə bağlı klinikaya yerləşdirilib və onun bu səbəbdən də məhkəmədə iştirakı mümkün deyil. M.Əhmədovun böyrəyində problem yarandığı bildirilirdi. Dekabrın 20-də keçiriləcək məhkəmə prosesində M.Əhmədova hökm oxunmalı idi.

M.Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb.

Binəqədi rayon Məhkəməsi tərəfindən M.Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti