...

DİN Bakıda marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb

Hadisə Materials 10 Yanvar 2017 12:18 (UTC +04:00)
Daxili İşlər Nazirliyi "BakıBus" MMC-yə məxsus marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb. D
DİN Bakıda marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb

Bakı. Trend:

Daxili İşlər Nazirliyi "BakıBus" MMC-yə məxsus marşrut avtobusunun qəza törətməsi barədə məlumat yayıb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, yanvarın 9-da saat 16 radələrində Binəqədi rayonunun C.Xəndan küçəsində Bakı şəhər sakinləri Sevda İsmayılovanın idarə etdiyi "Nissan" və Malik Məmmədovun idarə etdiyi "İveco" markalı (6 saylı xətt avtobusu) avtomobillər toqquşub. Qəzada yaralanaraq xəstəxanaya yerləşdirilmiş S.İsmayılova orada ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti