...

Qadın alveri ilə məşğul olan şəxs həbs edilib

Hadisə Materials 10 Yanvar 2017 12:52 (UTC +04:00)
Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib.
Qadın alveri ilə məşğul olan şəxs həbs edilib

Bakı. Trend:

Qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyan şəxs həbs edilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilir ki, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Aygün Xankişiyevanın 2016-cı ilin fevral-aprel ayları ərzində qadınları Türkiyəyə apararaq cinsi istismara məruz qoyması müəyyən edilib. Həyata keçirilmiş tədbirlərlə o, tutulub.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti