...

"Bomj"lar məhkəməyə çıxarıldı

Hadisə Materials 11 Yanvar 2017 18:03 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
"Bomj"lar məhkəməyə çıxarıldı

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Azad Mürsəlov və Lətifə Zamanovanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası yanvarın 19-na təyin edilib.

Qeyd edək ki, ötən il Nəsimi rayonu, Həzi Aslanov küçəsində 1978-ci il təvəllüdlü Ruslan Çingiz oğlu Cavadovun üzərində çoxsaylı xəsarətlər olan meyiti aşkarlanıb. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş - Astara rayon sakini A.Mürsəlov və Babək rayon sakini L.Zamanova tutulublar.

Qətlə yetirilən və onu öldürən şəxslərin tüfeyli həyat tərzi keçirmələri müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti