...

Azərbaycandan Rusiyaya 500 min rubl keçirməyə cəhd edən saxlanılıb

Hadisə Materials 12 Yanvar 2017 10:09 (UTC +04:00)
Azərbaycandan Rusiyaya rus rublu keçirməyə cəhd edən şəxs saxlanılıb.
Azərbaycandan Rusiyaya 500 min rubl keçirməyə cəhd edən saxlanılıb

Bakı. Trend:

Azərbaycandan Rusiyaya rus rublu keçirməyə cəhd edən şəxs saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postundan keçməklə Azərbaycandan Rusiya istiqamətinə gedən Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Vətəndaşın üzərində yoxlamadan əvvəl gömrük bəyannaməsində göstərilmiş 50 min Rusiya rublu əvəzinə 500 min Rusiya rublu aşkar edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti