...

Yanacaqla dolu yük avtomobili “LADA” ilə toqquşub

Hadisə Materials 12 Yanvar 2017 17:01 (UTC +04:00)
Qaradağ rayonunda vətəndaşlara məxsus “KAMAZ” markalı yanacaq daşıyan yük avtomobili ilə “LADA” markalı minik avtomobili ilə toqquşub.
Yanacaqla dolu yük avtomobili “LADA” ilə toqquşub

Bakı. Trend:

Bakının Qaradağ rayonunda “KAMAZ” markalı yanacaq daşıyan yük avtomobili ilə “LADA” markalı minik avtomobili ilə toqquşub.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, nəticədə yanğınla müşayiət olunan yol qəzası baş verib.

Yanacaq daşıyan avtomobilin yanar hissələri və ətrafa dağılmış yanacaq yanıb. Digər avtomobil yanğından mühafizə olunub. Yanğın saat 13.58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti