...

Mobil telefonları gömrükdən gizlətmək istədi

Hadisə Materials 16 Yanvar 2017 13:16 (UTC +04:00)
Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.
Mobil telefonları gömrükdən gizlətmək istədi

Bakı. Trend:

Rusiya istiqamətindən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön və arxa qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 11 ədəd “Samsung Galaxy J1 mini” markalı telefon və 8 ədəd adapter aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti