...

Gömrükçülər külli miqdarda qol saatı müsadirə ediblər (FOTO)

Hadisə Materials 19 Yanvar 2017 14:31 (UTC +04:00)
Külli miqdarda kontrafakt məhsullar olan qol saatları aşkar edilib.
Gömrükçülər külli miqdarda qol saatı müsadirə ediblər  (FOTO)

Bakı. Trend:

Külli miqdarda kontrafakt məhsullar olan qol saatları aşkar edilib.

Bu barədə Trend-ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları böyük sayda müxtəlif markalı qol saatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə kommersiya fəaliyyəti üçün nəzərdə tutulan malların qanunsuz yolla ölkə ərazisinə satış məqsədilə gətirilməsi barədə məlumat daxil olub.

Həmin əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı nəzarətə götürülüb. Vətəndaş əl baqajı ilə birlikdə gömrük nəzarəti zonasından “yaşıl dəhliz” vasitəsilə çıxmaq istəyərkən saxlanılıb. Şifahi sorğu-sual zamanı həmin şəxs üzərində və əl baqajında mütləq bəyan ediləsi malların olmadığını bildirib.

Lakin vətəndaşa məxsus malların yoxlanılması zamanı gömrük nəzarətinə təqdim edilməyən, kağız üzərində yazılı, şifahi və ya elektron formada bəyan olunmayan, cəmi 403 ədəd müxtəlif markalı qol saatları aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, ekspertizaya təqdim edilən 403 ədəd müxtəlif markalı qol saatlarının kontrafakt məhsullar olduğu aydınlaşıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti