...

İsmayıllıda yol qəzası olub, 1 nəfər ölüb

Hadisə Materials 20 Yanvar 2017 00:27 (UTC +04:00)
İsmayıllı-Bakı yolunda qəza baş verib.
İsmayıllıda yol qəzası olub, 1 nəfər ölüb

Bakı. Trend:

İsmayıllı-Bakı yolunda qəza baş verib.

Trend Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, İsmayıllı-Bakı yolunun 4-cü kilometrliyində, İsmayıllı rayonu ərazisində “VAZ” markalı minik avtomobili idarəetməni itirərək yol kənarındakı elektrik dirəyinə çırpılması nəticəsində yol-nəqliyyat qəzası baş verib.

Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü 1994-cü il təvəllüdlü Şəmiyev Sənan Azər oğlunun cəsədini avtomobildən çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 21:20-də başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti