...

Azərbaycanda bir gündə 95 cinayət faktı qeydə alınıb

Hadisə Materials 21 Yanvar 2017 13:07 (UTC +04:00)
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.
Azərbaycanda bir gündə 95 cinayət faktı qeydə alınıb

Bakı. Trend:

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 95 cinayət faktı qeydə alınıb, onların da 34-ü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 11 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 38 nəfər tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti